|
Kəsrlər
4. Nisbət
haqqında anlayış . Tənasüb
İki natural ədədin birincisinin ikincisindən neçə dəfə böyük
olduğunu və yaxud birinin o birisinin hansı hissəsini
təşkil etdiyinin göstərən kəsrə iki natural
ədədin nisbəti deyilir .
a natural ədədinin b natural ədədinə olan nisbəti a/b
kimi göstərilir.
Tərif. İki nisbətin bərabərliyinə tənasüb deyilir.
a/b = c/d bərəbərliyi tənasüb a, b,
c, d ədədləri isə tənasübün həddləri
adlanır . a və d ədədləri tənasübün
kənar , b və c ədədləri isə tənasübün
orta hədləridir .
Tənasübün əsas xassəsi. Tənasübün kənar həddlərinin
hasili, orta hədlərinin hasilinə bərabərdir,
a×d= b×c
2 xassəTənasübün kənar həddlərinin
yerini dəyişsək, tənasüb dəyişməz
.
Başqa sözlə desək:
a/b =c/d , d/b =c/a , d/c =b/a
3 xassə.Tənasübün istənillən kənar həddi ilə istənilən orta
həddini eyni zamanda eyni ədəd dəfə artırsaq
və ya azaldsaq , tənasüb dəyişməz.
|