|
Funksiyanın xassəsi
və qrafiki
3. Kvadrat funksiyanın xassələri və qrafiki
Tərif. verilmiş
həqiqi ədədlər olduqda
düsturu ilə göstərilə bilən funksiyaya
kvadrat funksiya deyilir.
y=ax2 funksiyasının qrafiki
olan xətt parabola adlanır. Göstərilmiş
parabolalardan istifadə etməklə y=ax2
funksiyasının qrafiki haqqında aşağıdakıları
söyləmək olar:
y=ax2 funksiyasının qrafiki
OY oxuna nəzərən bir-birinə simmetrik iki budaqdan
ibarətdir və koordinat başlanğıcından
keçir.
a əmsalı budaqların istiqamətini
müəyyən edir: a>0 isə budaqlar yuxarıya,
a<o budaqlar aşağıya yönəlmişdir;
Parabolanın formasını a əmsalı
müəyyən edir: |a| böyük olduqca parabolanın
budaqları ordinat oxuna daha çox yaxınlaşır.
İndi isə y=ax2 funksiyasının
xassələrini sadalayaq:

- Funksiya yeganə x=0 kökünə malikdir.
- a>0 olduqda funksiya
aralığında azalan,
aralığında isə artandır, əksinə
a<0 olduqda isə
aralığında artan,
aralığında isə azalandır.
- Funksiya cütdür: f(-x)= a(-x)2= ax2
= f(x)
- Arqumentin x=0 qiymətində funksiya y=0 qiymətini
alır. Bu qiymət a>0 olarsa, funksiyanın ən
kiçik, a<o
olarsa, ən böyük qiymətidir.
|