Molekulyar
fizika
3.
Doymuş və doymamış buxar
Maddənin
maye halından buxar halına keçməsinə
buxarlanma deyilir. Buxarlanma zamanı sürəti böyük
olan molekullar mayeni tərk edir. Ona görə də
mayedə qalan molekulların orta kinetik enerjisi azalır
və maye soyuyur. Mayeni sabit temperaturda buxara çevirmək
üçün ona xaricdən istilik miqdarı vermək
lazımdır.
Sabit
temperatura
mayeni buxara çevirmək üçün lazım
olan istilik miqdarına xüsusi buxarlanma istiliyi deyilir:
,
burada
-mayenin kütləsi,
-mayeni buraxlandırmaq üçün lazım olan
istilik miqdarı,
-xüsusi buxarlanma istiliyidir. BS-də
-in vahidi
-dır.
Xüsusi buxarlanma istiliyi mayenin növündən
asılıdır, eyni bir maye üçün o
temperaturdan asılıdır və temperatur artanda
isə azalır.
Kütləsi
olan mayeni buxara çevirmək üçün

qədər istilik
miqdarı vermək lazımdır.
Buxarın
mayeyə çevirilməsi prosesi kondensasiya adlanır.
Buxar kondensasiya edəndə
qədər
istilik miqdarı ayrılır. Öz mayesi ilə
dinamik tarazlıqda olan buxara doymuş
buxar deyilir. Doymuş buxarın təzyiqi
yalnız temperaturdan asılıdır, həcmdən
isə asılı deyilir:

burada
-buxar molekullarının
konsentrasiyasıdır. İzoxorik prosesdə temperatur
artdıqca qapalı qabda maye üzərindəki
doymuş buxarın təzyiqi ideal qazın təzyiqinə
nisbətən daha sürətlə artır, çünki
buxarın təzyiqi təkcə temperaturun artması
hesabına yox, həm də molekulların konsentrasiyasının
artması hesabına artır. Bütün maye buxarlandıqdan
sonra buxar doymamış hala keçir və onun
təzyiqi mütləq temperaturla düz mütənasib
olaraq artır.
Öz
mayesi ilə dinamik tarazlıqda olmayan buxar doymamış buxar deyilir. Doymamış
buxarın təzyiqi həm temperaturdan, həm də
həcmdən asılıdır. Doymamış
buxar ideal qaz qanunlarına tabedir:
.
Temperatur
artdıqca qapalı qabdakı maye üzərindəki
doymuş buxarın sıxlığı artır,
mayenin sıxlığı isə azalır. Müəyyən
temperaturda doymuş buxarın sıxlığı
mayenin sıxlıqına bərabər olur və
maye ilə onun doymuş buxarı arasındaki fərq
yox olur. Bu temperatur böhran temperaturu adlanır. Böhran
temperaturundan yüksək temperaturda maddə qaz halında
olur və onu heç bir təzyiq altında mayeyə
çevirmək olmur.
Mayenin
daxilində və səthində eyni zamanda baş
verən buxarlanma prosesinə qaynama
deyilir. Qaynama elə temperaturda baş verir ki, həmin
temperaturda mayenin doymuş buxarnın təzyiqi mayenin
səthinə düşən xarici təzyiqə
bərabər olsun. Xarici təzyiq artdıqca mayenin
qaynama temperaturu yüksək olur. Normal atmosfer təzyiqində
(
) su
və ya
- də qaynayır. Təzyiq azalanda qaynama temperaturu
aşağı düşür. Qaynama zamanı
mayenin temperaturu dəyişmir, sabit qalır və
bu zaman mayeyə verilən istilik miqdarının
hamısı onun buxara çevrilməsinə sərf
olunur.
havada olan
su buxarının qramlarla miqdarına mütləq
rütübət (buxarın sıxlığı)
deyilir:
,
burada
- buxarın
kütləsi,
– havanın həcmi,
- isə
mütləq rütübətdir.
Bütün
qalan qazlar olmadıqda su buxarının göstərdiyi
təzyiqə parsial təzyiq
deyilir.
Verilmiş
temperaturda havada olan su buxarının
parsial təzyiqinin,
həmin temperaturda doymuş buxarın
təzyiqinə
olan nisbətinin faizlərlə ifadəsinə havanın
nisbi rütubəti deyilir:
.
Havadakı
su buxarının doymuş buxar halına keçdiyi
temperatura şeh nöqtəsi deyilir.
Havanın
nisbi rütubəti psixorometr ilə ölçülür.
O iki termometrdən ibarətdir: quru və yaş.
Onların temperaturları fərqi nisbi rütubətdən
asılıdır.
olduqda su ümumiyyətlə buxarlana bilmir və
hər iki termometrin göstərişi eyni olur.