Molekulyar
fizika
2. Termodinamimkanın əsasları
İş
görülmədən enerjinin bir cisimdən digər
cismə verilməsi prosesi istilikvermə
adlanır. İstilikvermənin növləri: istilikkeçirmə, konveksiya və şüalanma.
Konveksiya
mayelərdə və qazlarda maddənin köçürülməsi
ilə müşayət olunur.
İstilikvermə
prosesində sistemin aldığı və ya verdiyi
enerjiyə istilik miqdarı
deyilir. BS-də istilik miqdarının vahidi couldur:
.
kütləli
maddəni
qızdırmaq üçün lazım olan istilik
miqdarına xüsusi istilik
tutumu deyilir:
,
burada
-maddənin
kütləsi,
-temperatur dəyişməsidir. Xüsusi istilik tutumu
yalnız maddənin növündən (materialından)
asılıdır. BS-də xüsusi istilik tutumunun
vahidi
-dır.
Maddəni qızdırmaq üçün lazım
olan istilik miqdarı xüsusi istilik tutumu, maddənin
kütləsi və temperatur dəyişməsi
hasilinə bərnabərdir:
.
Cismin
temperaturunu
artırmaq üçün lazım olan istilik miqdarına
istilik tutumu deyilir:
.
BS-də istilik
tutumunun vahidi
– dır. İstilik tutumu maddənin xüsusi istilik
tutumu ilə kütləsi hasilinə bərabərdir:

Qapalı
sistemdə heç bir enerji çevrilməsi baş
vermirsə və sistemi təşkil edən cisimlər
arasında ancaq istilik mübadiləsi mövcuddursa,
belə halda qapalı sistemdə cisimlərin verdiyi
istilik miqdarı, digər cisimlərin aldığı
istilik miqdarına bərabər olur. İki cisimdən
ibarət sistem üçün bu münasibət

şəklində
yazılır və istilik
balansı tənliyi adlanır. İstilik
mübadiləsində olan iki cismin son
(qərarlaşmış) temperaturu
.
Cismi
təşkil edən molekulların nizamsız irəliləmə
hərəkətinin kinetik enerjisi ilə onların
bir-biri ilə qarşılıqlı təsirinin
potensial enerjisinin cəminə daxili
enerji deyilir. Daxili enerji
sistemin
termodinamik parametrləri olan
temperaturundan
və
həcmindən asılıdır.
İdeal
qazın molekulları bir-biri ilə qarşılıqlı
təsirdə olmadığına görə daxili
enerjisi həcmdən asılı deyildir və yalnız
temperaturdan asılıdır. Bir atomlu qazın daxili
enerjisi
.
İzobarik prosesdə ideal qazın
gördüyü iş təzyiqlə həcmin
dəyişməsi hasilinə bərabərdir:
.
Qaz
genişləndikdə
, sıxıldıqda
isə
olur. Xarici
qüvvələrin qaz üzərində gördüyü
iş isə
.
Qaz sıxıldıqda
xarici qüvvələrin
işi
, genişləndikdə
isə
olur.
Termodinamikanın I qanunu. Sistem bir haldan başqa hala
keçdikdə onun daxildi enerjisinin dəyişməsi
xarici qüvvələrin sistem üzərində
gördüyü işlə ona verilən istilik
miqdarının cəminə bərabərdir:
.
Daxili
enerjini iki yolla dəyişmək olar: iş görməklə
və istilik miqdarı verməklə.
olduğundan
termodinamikanın I qanununu

şəklində
də yazmaq olar: sistemə verilən istilik miqdarı
onun daxili enerjisinin dəyişməsinə və
sistemin xarici qüvvələrə qarşı
gördüyü işə sərf olunur.
Müxtəlif
izoproseslərdə termodinamikanın I qanunu:
1) İzoxorik prosesdə
və ona
görə iş görülmür
. Bu halda
sistemə verilən istilik miqdarı onun daxili enerjisinin
dəyişməsinə bərabərdir:
.
2) İzometrik prosesdə (
) ideal qazın
daxili enerjisi dəyişmir
, sistemə
verilən istilik miqdarı işin görülməsinə
sərf olunur:
.
3) İzobarik prosesdə (
)
və
.
Biratomlu
qaz üçün
halında

olduğundan
. Buradan
.
4) Adiabatik prosesdə ətraf cisimlərlə istilik
mübadiləsində olmayan sistemdə baş verən
prosesdə
olur və sistemin daxili enerjisinin dəyişməsi
yalnız işin görülməsi hesabına olur:
.
Termodinimikanın
II qanunu. Sistemdə və ya onu əhatə
edən cisimlərdə müəyyən dəyişikliklər
baş vermədən istiliyi nisbətən soyuq
cisimdən daha isti cismə vermək olmaz.
Yanacağın
daxili enerjisinin mexaniki enerjiyə çevirən
qurğulara
istilik
mühərrikləri deyilir.
İstilik mühərrikləri üç hissədən-qızdırıcı,
işçi cisim və soyuducudan ibarətdir. İşçi
cisim qızdırıcıdan
qədər istilik miqdarı alır, genişlənərək
qədər iş görür və
qədər
istilik miqdarını soyuducuya verir.
Mühərrikin
gördüyü
işinin, onun qızdırıcıdan aldığı
istilik miqdarına olan nisbətinə istilik mühərrikinin FİƏ
deyilir:

Fransız mühəndisi
S.Karno
temperaturlu
qızdırıcı və
temperaturlu
soyuducu ilə işləyə biləcək ideal
istilik maşınının FİƏ üçün
aşağıdakı düsturu verilmişdir:
