|
Mexanika
8. Hidrostatika. Hidrodinamika
Səthə perpendikulyar istiqamətdə təsir
edən təzyiq qüvvəsinin modulunun səthin
sahəsinə nisbəti ilə təyin olunan kəmiyyətə
təzyiq deyilir:
.
BS-də təzyiqin vahidi paskaldır: .
Təzyiq qüvvəsinin modulu təzyiqlə səthin
sahəsi hasilinə bərabərdir:
.
Paskal
qanunu: Qapalı qabda olan maye və ya qazlara xaricdən
edilən təzyiq dəyişmədən maye və
ya qazların bütün nöqtələrinə
bərabər ötürülür.
Hidravlik press sadə mexanizmdir və onun işləmə
prinsipi Paskal qanununa əsaslanır. Porşenlərə
təsir edən qüvvələrin modulları
onların sahələri ilə düz mütənasibdir:
.
Hidravlik pres qüvvədə porşenlərin
sahələri nisbəti
dəfə qazanc verir, lakin işdə qazanc olmur.
Presin kiçik porşeni
qədər aşağı düşdükdə,
böyük porşen
qədər yuxarı qalxır:
,
burada və -porşenlərin
hərəkət sürətləridir.
Ağırlıq
qüvvəsinin təsiri nəticəsində maye
qabın dibinə və divarlarına təzyiq göstərir.
Bu təzyiq hidrostatik təzyiq adlanır. Mayelərin
qabın dibinə göstərdiyi təzyiq mayenin
sıxlığı və maye sütunun hündürlüyü
ilə düz mütənasibdir:
Mayenin qabın divarlarına göstərdiyi təzyiq
müxtəlif dərinliklərlə müxtəlifdir.
Mayenin qabın divarlarına göstərdiyi təzyiqi
xarakterizə etmək üçün orta təzyiq
anlayışnı daxil edirlər. Orta təzyiq
mayenin qabın dibinə göstərdiyi təzyiqdən
2 dəfə azdır:
.
Maye olan qabın dibində tam təzyiq
,
burada - mayenin
açıq səthinə düşən atmosfer
təzyiqşidir.
Birləşmiş qablar qanunu. Birləşmiş
qablarda mayelərin hündürlükləri onların
sıxlıqları ilə tərs mütənasibdir:
,
olduqda ,
yəni birləşmiş qablarda bircins mayenin hündürlükləri
eynidir.
Yer
kürəsini əhatə edən hava təbəqəsinə
atmosfer deyilir. Ağırlıq qüvvəsi
təsiri nəticəsində atmosfer Yerin səthinə
təzyiq göstərir. Bu təzyiq atmosfer təzyiqi
adlanır. Atmosfer təzyiqini ilk dəfə Torriçelli
ölçmüşdür. Bu təzyiq 760 mm civə
sütununun yaratdığı təzyiqə bərabərdir
və normal atmosfer təzyiqi adlanır. Normal
atmosfer təzyiqi təqribən 100 kPa bərabərdir.
Yer səthindən yuxarıya qalxdıqca atmosfer təzyiqi
azalır. Atmosfer təzyiqi barometrlə (civəli
və metal) ölçülür. Mayelərin və
qazların təzyiqi manometrlə ölçülür.
Arximed
qüvvəsi. Mayeyə (və ya qaza) batırılmış
cismə şaquli istiqamətdə aşağıdan
yuxarıya doğru yönəlmiş və bu cismin
sıxışdırıb çıxardığı
mayenin (və ya qazın) çəkisinə bərabər
itələyici qüvvə təsir edir:
;
burada -mayenin sıxlığı,
- cismin mayeyə
batırılmış hissəsinin həcmidir.
Mayeyə batırılmış cismə Arximed
qüvvəsi ilə yanaşı cismin öz ağırlıq
qüvvəsi də təsir edir. Bu qüvvələrin
əvəzləyicisinin istiqamətindən asılı
olaraq aşağıdakı üzmə şərtlərini
müəyyən etmək olar:
a) Arximed qüvvəsi cismin ağırlıq qüvvəsindən
az (və ya ) olsa,
əvəzliyici qüvvə aşağı yönələr
və cisim mayedə batar.
b) Arximed
qüvvəsi cismin ağırlıq qüvvəsinə
bərabər (və ya )
olsa, əvəzləyici qüvvə sıfır
olar və cisim mayedə üzər.
c) Arximed qüvvəsi mayeyə batırılmış
cismin agırlıq qüvvəsindən çox (və
ya ) olsa, əvəzləyiczi
qüvvə yuxarıya yönələr və cisim
mayenin səthinə qalxaraq üzər. Mayenin səthində
üzən cisim üçün də Arximed qüvvəsi
cismin ağırlıq qüvvəsinə bərabər
olacaqdır:
,
burada -cismin həcmidir.
Cismin mayeyə batmış hissəsinin həcmi
.
Cismin mayedəki çəkisi onun havadakı çəkisindən
Arximed qüvvəsi qədər azdır (havada cismə
təsir edən qaldırıcı qüvvəni
nəzərə almamaq olar):
.
müddətinə
borudan axan mayenin həcmi
,
burada – borunun
en kəsiyinin sahəsi, -
mayenin axma sürətidir.
Üfüqi qoyulmuş boruda mayenin axma sürəti
borunun en kəsiyinin sahəsi ilə tərs mütənasibdir:
,
burada -boruların
diametridir.
Bernulli qanunu: Mayenin (və ya qazın) axma
sürəti çox olan yerdə təzyiq az və
əksinə, axma sürəti az olan yerdə isə
təzyiq çox olur:
.
|