|
Mexanika
3. Nyuton qanunları. Qüvvələrin
toplanması
Nyutonun I qanunu. Elə hesablama sistemləri vardır
ki, o sistemlərə görə irəliləmə
hərəkəti edən cisim ona digər cisimlər
təsir etmirsə və ya cismə olan təsirlər
bir-birini kompensasiya edirsə, onda o öz sürətini
sabit saxlayır. Belə sistemlər inersial (ətalət)
hesablama sistemləriadlanır.
Qalileyin nisbilik prinsipi. Mexanikanın qanunları
istənilən inersial hesablama sistemlərinə görə
eynidir.
Cismin
kütləsi onun ətalətliyini xarakterizə edən
kəmiyyətdir. BS –də kütlənin vahidi -dir.
Qarşılıqdı
təsirdə olan iki cismin təcillərinin modulları
onların kütlələri ilə tərs mütənasibdir:
.
Vahid
həcmdə maddənin (cismin) kütləsinə
bərabər olan kəmiyyətə sıxlıq
deyilir:
.
BS-də sıxlığın vahidi  -dır. Cismin kütləsi sıxlıqla
həcmin hasilinə bərabərdir:

Bir
cismin digər cismə təsirini xarakterizə edən
kəmiyyətə qüvvə
deyilir. Qüvvə təcil yaradan səbəbdir.
Nyutonun II qanunu. Cismin hərəkət
təcili ona təsir edən qüvvə ilə düz,
kütləsi ilə tərs mütənasibdir:
.
Cismə təsir edən qüvvə cismin kütləsi
ilə bu quvvənin yaratdığı təcilin
hasilinə bərabərdir:
.
BS-də qüvvənin vahidi nyutondur: .

Nyutonun III qanunu. Cisimlər bir-birinə eyni bir düz xətt
üzrə yönələn, qiymətcə bərabər,
istiqamətcə əks qüvvələrlə təsir
edir:
Cismə tətbiq olunmuş qüvvələrin
həndəsi cəminə əvəzliyici
qüvvə deyilir.
.
Bir – birinə bucaq altında yönəlmiş iki
qüvvənin əvəzləyicisi tərəfləri
həmin qüvvələr olan paraleloqramın diaqonalına
bərabərdir. Əvəzləyici qüvvənin
modulu toplanan qüvvələrin modullarından və
qüvvə vektorları arasındakı bucağından asılıdır:
.
Xüsusi halda,
a) olsa, yəni hər iki qüvvə
bir düz xətt üzrə eyni istiqşamətdə
yönəlmişsə, əvəzləyici qüvvənin
modulu toplanan qüvvələrin modulları cəminə
bərabər olur:
.
b) olsa, yəni
və qüvvələri
bir düz xətt üzrə əks istiqamətlərdə
yönəldikdə əvəzləyici qüvvənin
modulu toplanan qüvvələrin modulları fərqinə
bərabərdir.
və
ya 
c) olduqda isə əvəzləyici
qüvvə
olar
|