|
Mexanika
2. Çevrə üzrə
bərabərsürətli hərəkət
Çevrə üzrə bərabərsürətli
hərəkətdə sürətin modulu sabitdir,
istiqaməti isə arasıkəsilmədən dəyişir.
Əyrixətli traektoriya üzrə hərəkət
edən cismin istənilən nöqtəsində sürəti
həmin nöqtədə traektoriyaya çəkilmiş
toxunan istiqamətdə yönəlir.
Cismin
çevrə üzrə hərəkəti zamanı
cızdığı qövsün uzunluğunun bu
cızmaya sərf etdiyi zamana nisbəti ilə xarakterizə
olunan kəmiyyətə xətti sürət
deyilir:

Cisim A nöqtəsindən B-yə hərəkət
edərkən radiusu bucağı qədər dönür
və -yə dönmə bucağı deyilir.

BS-də dönmə bucağının vahidi 1 rad-dır.
1 rad elə bucağa deyilir ki, onun qövsünün
uzunluğu radiusa bərabər olsun .
Dönmə bucağının
bu dönməyə sərf olunan zamana olan nisbəti
ilə ölçülən kəmiyyətə
bucaq sürəti
deyilir:
.
BS – də bucaq sürətinin
vahidi -dir.
Xətti sürət bucaq sürəti ilə radiusun
hasilinə bərabərdir:
.
Cismin
çevrə üzrə tam bir dövrünə
sərf olunan zaman müddətinə fırlanma periodu
deyilir:
,
burada -müddətində dövrlərin
sayıdır. BS-də periodun vahidi san-dir.
Vahid
zamanda dövrlərin sayına bərabər olan kəmiyətə
fırlanma tezliyi
deyilir:
.
BS-də tezliyin vahidi -dir.
Fırlanma periodunun və tezliyinin ifadələrindən
istifadə etsək, xətti və bucaq sürətləri
üçün aşağıdakı düsturları
yaza bilərik.
və .
Çevrə
üzrə bərabərsürətli hərəkət
təcilli hərəkətdir, çünki bu hərəkətdə
zaman keçdikcə sürətin istiqaməti dəyişir.
Radius boyunca çevrənin mərkəzinə doğru
yönəlmiş təcilə mərkəzəqaçma təcili
deyilir:

|