ELEKTRODİNAMİKA

7. Dəyişən elektrik cərəyanı

Dəyişən cərəyanın alınması elektromaqnit induksiyası hadisəsinə əsaslanmışdır. Naqil çərçivə bircins maqnit sahəsində bucaq sürəti ilə fırladılarsa, onun konturundan keçən maqnit seli

qanunu ilə dəyişər. Elektromaqnit induksiyası qanununa əsasən çərçivədə yaranan induksiya EHQ – nin ani qiyməti

burada induksiya EHQ – nin amplitud qiyməti, - dəyişən cərəyanın period və tezliyidir.

Eyni bir naqildə dəyişən cərəyanın ayırdığı qədər güc ayıran sabit cərəyanın şiddətinə dəyişən cərəyanın təsiredici qiyməti deyilir. Dəyişən cərəyan şiddətinin (gərginliyin) təsiredici qiyməti onun amplitud qiymətindən dəfə azdır:

R müqavimətli naqil qanunu ilə dəyişən gərgənlik mənbəyinə qoşulmuşdur. Bu müqavimətdə istilik miqdarı ayrıldığından aktiv müqavimət adlanır. Naqildəki cərəyan şiddəti

,

burada - cərəyan şiddətinin amplitud qiymətidir. Aktiv müqavimətdə cərəyan şiddətinin rəqsləri gərginliyin rəqsləri ilə eyni fazada olur. Dəyişən cərəyanın gücü

.

Aktiv müqavimətdə ayrılan istilik miqdarı:

.

tutumlu kondensator qanunu ilə dəyişən gərginlik mənbəyinə qoşulmuşdur. Kondensatordakı yük

qanunu ilə dəyişir, - yükün rəqslərinin amplitud qiymətidir. Onda dövrədə cərəyan şiddəti

qanunu ilə dəyişər. Burada cərəyan şiddətinin amplitud qiymətidir. Kondensatorda cərəyan şiddətinin rəqsləri gərqinliyin rəqslərini qədər qabaqlayır.

tutumlu kondensatorun dəyişən cərəyana göstərdiyi müqavimət tutum müqaviməti adlanır:

Kondensatorlu dövrədə cərəyan şiddəti və gərginliyin təsiredici qiymətləri arasında

kimi əlaqə vardır.

Çox kiçik aktiv müqavimətdə ( və böyük induktivliyə malik sarğac dəyişən cərəyan dövrəsinə qoşulduqda dövrədə cərəyan şiddəti

qanunu ilə dəyişir. Bu zaman yaranan öz-özünə induksiya EHQ

.

Sarğacın uclarındakı gərginlik isə

burada gərginliyin amplitud qiymətidir. Sarğacda gərginliyin rəqsləri cərəyan şiddətinin rəqslərini fazaca qədər qabaqlayır. Sarğacın dəyişən cərəyana göstərdiyi müqavimət induktiv müqavimət adlanır:

Ardıcıl birləşdirilmiş aktiv müqavimət, tutumlu kondensator və induktivlikli sarğacdan ibarət dövrənin ümumi müqaviməti

Tam müqavimət dəyişən cərəyan tezliyindən asılıdır. Tutum müqaviməti induktiv müqavimətə bərabər olduqda

,

tam müqavimətin qiyməti ən kiçik cərəyan şiddətinin qiyməti isə ən böyük olar. Bu hadisə elektrik rezonansı adlanır. Rezonans dəyişən cərəyanın dairəvi tezliyi konturun məxsusi dairəvi tezliyinə bərabər olduqda baş verir:

Rezonans halında dövrədə cərəyan şiddətinin təsiredici qiyməti

.

Güc itkisi olmadan dəyişən cərəyanın gərginliyini artırıb azalda bilən qurğulara transformatorlar deyilir. Onun iş prinsipi elektromaqnit induksiyası qanununa əsaslanır. O iki dolağı olan polad içlikdən ibarətdir. Transformatorun transformasiya əmsalı

,

burada - birinci və ikinci dolaqda sarğıların sayı, - dolaqların uclarındakı gərginlikdir. olduqda və transformator yüksəldici, olduqda və transformator alçaldıcı transformator adlanır.

Transformatorun FİƏ

,

burada – dolaqlardakı cərəyan şiddətidir, isə dolaqlarda sərf olunan güclərdir. İtki az olduqda

.