|
ELEKTRODİNAMİKA
6. Elektromaqnit rəqsləri və dalğaları

induktivlikli sarğacdan
və C tutumlu kondensatordan ibarət elektrik dövrəsinə
sadə rəqs konturu deyilir. Elektrik yükünün,
gərginliyin, cərəyan şiddətinin rəqslərinə
elektromaqnit rəqsləri deyilir.
Kondensatordakı elektrik sahəsinin enerjisinin ani
qiyməti
,
burada və
– kondensatordakı yükün və gərginliyin
ani qiymətləridir.
Sarğacın maqnit sahəsinin enerjisinin ani qiyməti
,
burada və  -
cərəyan şiddəti və maqnit selinin ani qiymətləridir.
Rəqs konturunun tam enerjisi
elektrik və maqnit sahələrinin enerjisinin cəminə
bərabərdir:
.
Konturun aktiv müqaviməti
sıfra bərabərdirsə, onun
tam enerjisi zaman keçdikcə dəyişməyəcəkdir.
Rəqs konturunun tam enerjisi elektrik və ya maqnit sahələrinin
enerjilərinin amplitud qiymətinə bərabərdir,
yəni
,
burada - yük,
gərqəinlik, cərəyan şiddəti və
maqnit seli rəqslərinin amplitud qiymətləridir.
Elektromaqnit rəqslərinin periodu (Tomson düsturu)

tezliyi və dairəvi tezliyi
.
Kondensatordakı
yük və gərginliyin zamana görə kosinus
qanunu ilə dəyişir:

Sarğacdakı cərəyan şiddəti
,
yük ilə cərəyan şiddətli rəqslərinin
amplitud qiymətləri arasındakı əlaqə
.
Elektromaqnit rəqslərinin fazada yayılmasına
elektromaqnit dalğaları deyilir. Elektromaqnit
dalğalarının nəzəri əsaslarını
Maksvell vermişdir. Maksvelə görə dəyişən
maqnit sahəsi öz ətrafında dəyişən
elektrik sahəsi və əksinə, dəyişən
elektrik sahəsi də öz ətrafında dəyişən
maqnit sahəsi yaradır. Dəyişən elektrik
və maqnit sahələri, biri digərini yaratmaqla
fəzada sonlu sürətlə
- işıq sürətli ilə yayılır. Maksvel
nəzəriyyəsinə görə elektrik və
maqnit sahələri tam vahid təşkil edən elektromaqnit
sahəsinin təzahürləridir. Elektromaqnit dalğaları
eninə dalğalardır.
vektorları həm bir- birinə,
həm də dalğanın yayılma istiqamətinə
perpendikulyar istiqamətdə rəqs edir.
Vakuumda elektromaqnit dalğasının uzunluğu
.
Mühitdə elktromaqnit dalğasının sürəti
və dalğa uzunluğu vakuumdakından azdır:
,
burada -mühitin
mütləq sındırma əmsalıdır.
Edektromaqnit dalğaları özləri ilə enerji
daşıyır. Vahid həcmə düşən
enerjiyə enerji sıxdığı deyilir:
.
BS-də - nin vahidi
- dır.

Vahid səthdən vahid zamanda daşınan enerjiyə
elektromaqnit şüalanması selinin sıxlığı
deyilir:
BS-də şüalanma selinin sıxlığının
vahidi -dır.
Elektromaqnit şüalanma selinin sıxlığı
enerji sıxlığı ilə dalğanın yayılma
sürəti hasilinə bərabərdir:


Şüalanma selinin sıxlığı rəqsin
tezliyinin dördüncü dərəcəsi ilə
düz, mənbədən olan məsafənin kvadratı
ilə tərs mütənasibdir:
Tranzistorlu
qenerator sönməyən yüksəktezlikli elektromaqnit
rəqsləri yaradır.
Səsi ötürmək üçün bu rəqslər
səs tezlikli elektrik rəqsləri vasitəsi ilə
modullaşdırılır. Qəbuledicidə yüksək
tezlikli modullaşmış rəqslərdən alçaq
tezlikli rəqslər ayrılır. Siqnalın bu cür
çevrilməsi detektəetmə adlanır.
Raliodalğaların köməyi ilə obyektlərin
aşkara çıxarılması və onların
yerinin dəqiq təyin edilməsi radiolokasiya
adlanır. Obyektə qədər olan məsafə
,
burada – radiodalğanın
hədəfə çataraq qeri qayıtması üçün
sərf etdiyi zamandır.
|