5. Maqnit sahəsi. Maqnit sahəsinin
induksiyası. Elektromaqnit induksiyası
Sükunətdə olan yüklər elektrik qüvvələri
ilə bir – birinə təsir edir. Hərəkət
edən yüklər arasında isə bundan əlavə
maqnit qüvvələri mövcuddur. İki elastiki
naqili bir – birinə paralel olaraq şaquli istiqamətində
asaq və onlardan cərəyan buraxaq. Naqillərdən
axan cərəyanlar eyni istiqamətdə olduqda onlar
arasında cəzbetmə qüvvələri, əks
istiqamətli olduqda isə dəfetmə qüvvələri
meydana çıxır. Cərəyanlı naqillər
arasındakı təsir maqnit qarşılıqlı
təsir adlanır. Bu təsir maqnit sahəsinin
varlığı ilə izah olunur: Hər bir cərayanlı
naqilin ətrafında maqnit sahəsi yaranır və
bir naqilin maqnit sahəsi digər cərayanlı
naqilə təsir edir.
Maqnit
sahəsinin əsas xarakteristikası maqnit induksiya
vektorudur. Maqnit induksiya vektorunun
istiqaməti burğu qaydası ilə təyin edilir:
Burğunun irəliləmə hərəkəti
naqildən axan cərayanın istiqamətindədirsə,
burğu dəsətəyin fırlanma istiqaməti
maqnit induksiyası vektoru ilə üst – üstə
düşür. Maqnit induksiyası xətləri
elə xətlərə deyilir ki, onlara çəkilən
toxunan sahənin verilmiş nöqtəsində
vektorunun istiqamətində olsun. Maqnit induksiyası
xətləri qapalı xətlər olub, başlanğıcı
və sonu yoxdur. Belə sahəyə burulğanlı
sahə deyilir. Maqnit sahəsinin mənbəyi
yoxdur, yəni təbiətdə elektrik yüklərinə
oxşar maqnit yükləri mövcud deyildir.
Maqnit induksiyası vektorunun modulu

burada
- cərayanlı
naqilə maqnit sahəsi tərəfindən təsir
edən maksimal qüvvənin modulu,
-
cərəyan şiddəti,
-naqilin
aktiv uzunluğudur. BS-də maqnit induksiyası vektorunun
vahidi mesladır,
.
Cərəyanlı naqilə maqnit sahəsində
təsir edən qüvvə – Amper qüvvəsi
,
burada
- naqilin istiqaməti
ilə maqnit induksiyası vektoru arasındakı
bucaqdır. Amper qüvvəsinin istiqaməti “Sol
əl qaydası” ilə təyin edilir. Sol əl
elə tutulur ki, maqnit induksiyası vektorunun naqilə
perpendikulyar toplananı ovuca daxil olsun, dörd barmaq
cərayanın istiqamətini göstərsin, onda
açılmış
baş barmaq Amper qüvvəsini istiqamətini göstərəcəkdir.
Maqnit
sahəsində hərəkət edən yüklü
zərrəciyə təsir edən qüvvənin,
yəni Lorens qüvvəsinin modulu

burada
– zərrəciyin
yükü,
-
onun sürəti,
-
zərrəciyin sürəti ilə
vektoru arasındakı bucaqdır. Lorens qüvvəsinin
də istiqaməti “Sol əl qaydası” ilə təyin
edilir. Lorens qüvvəsi zərrəciyin sürətinə
perpendikulyar olduğundan iş görmür.
Yüklü zərrəciyin sürəti
vektoruna paralel olduqda
və zərrəcik sahədə düzxətli
bərabərsürətli hərəkət edir.
olduqda isə Lorens
qüvvəsi zərrəciyi çevrə üzrə
hərəkət etdirir. Çevrənin radiusu
.
Zərrəciyin fırlanma periodu
,
fırlanma tezliyi isə
.
Mühitin maqnit nüfuzluğu
,
burada
- bircins
mühitdə və vakuumda maqnit induksiyası vektorlarının
modullarıdır,
-nun
vahidi yoxdur. Ferromaqnitlər üçün
-dir.
Hər bir ferromaqnitə xas olan elə bir temperatur
vardır ki, həmin temperaturdan yuxarıda onun ferromaqnit
xassəsi yox olur. Bu temperatur Küri temperaturu
adlanır.

Maqnit induksiyası vektorunun modulunun səthin
sahəsinə və qüvvə xətləri ilə
səthin
normalı
arasındakı
bucağının kosinusu hasilinə bərabər
olan kəmiyyətə maqnit seli deyilir:
BS-də maqnit sahəsinin selinin vahidi veberdir,
.
Elektromaqnit induksiyası hadisəsi 1831-ci ildə
Faradey kəşf etmişdir. Qapalı keçirici
konturla hüdudlanmış səthdən keçən
maqnit selinin bütün dəyişmələrində
bu konturda əmələ gələn elektrik cərayanı
induksiya cərəyanı adlanır.
Tutaq ki,
anında
konturdan keçən maqnit seli
anında isə
-dır.
zaman müddətində
maqnit selinin
dəyişməsinin
bu dəyişməyə sərf olunan zamana nisbəti
ilə xarakterizə olunan kəmiyyətə maqnit
selinin dəyişmə sürəti deyildir:
. BS-də maqnit
selinin dəyişmə sürətinin vahidi
-dır.
Konturda yaranan EHQ əks işarə ilə konturla
hüdudlanmış səthdən keçən maqnit
selinin dəyişmə sürətinə bərabərdir:
və
ya 
burada
- maqnit selinin
zamana görə törəməsidir.
Maqnit seli
kəmiyyətlərindən
biri hesabına dəyişə bilər:

müqavimətli
konturda yaranan induksiya cərəyanın şiddəti
.
Naqilin en kəsiyindən
müddətində keçən yükün miqdarı
.

Lens qaydası induksiya cərəyanın istiqamətini
təyin edir. İnduksiya cərəyanı həmişə
elə istiqamətdə yönəlir ki, onun maqnit
sahəsi bu cərəyanın yaranmasına səbəb
olan maqnit selinin dəyişməsinə əks təsir
göstərir.
uzunluqlu naqil bircins maqnit sahəsində
sürəti ilə hərəkət etdikdə
onda yaranan induksiya EHQ
burada
- maqnit qüvvə
xətləri ilə naqilin hərəkət istiqaməti
arasındakı bucaqdır.
Cərəyanlı konturun yaratdığı maqnit
seli
,
burada
– konturun
induktivliyidir. BS-də
-in
vahidi henridir,
.
Sarğacda yaranan öz-özünə induksiya
EHQ ondan axan cərəyanın dəyişmə
sürəti
ilə
düz mütənasibdir:
və
ya 
burada–
cərəyan
şiddətinin zamana görə törəməsidir.
İnduktivlik ədədi qiymətcə konturdakı
cərəyanın dəyişmə sürəti
olduqda yaranan öz-özünə
induksiya EHQ-nə bərabərdir.
Maqnit sahəsinin enerjisi
