|
ELEKTRODİNAMİKA
3. Sabit cərəyan qanunları
Yüklü
zərrəciklərin nizamlı hərəkətinə
elektrik cərəyanı deyilir. Naqilin en kəsiyindən
vahid zamanda keçən elektrik yükünün miqdarına
cərəyan şiddəti deyilir.

BS – də cərəyan şiddətinin vahidi amperdir,
– əsas vahiddir.
Naqilin en kəsiyindən keçən yükün
miqdarı cərəyan şiddəti ilə zamanın
hasilinə bərabərdir:

BS – də yükün vahidi -
dır.
Cərəyan şiddəti sərbəst yüklü
zərrəciklərin
konsentrasiyası, onların nizamlı hərəkətinin
sürəti
və naqilin en kəsiyinin S sahəsi ilə düz
mütənasibdir:


Om qanunu. Dövrə hissəsindəki cərəyan
şiddəti bu hissənin uclarındakı gərginliklə
düz, onun müqaviməti ilə tərs mütənasibdir:
Naqilin uclarındakı gərginlik cərəyan
şiddəti ilə müqavimətin hasilinə bərabərdir:

Naqilin müqaviməti onun uclarındakı gərginliyin
cərəyan şiddətinə olan nisbətinə
bərabərdir:

BS – də müqavimətin vahidi Om – dur, 
Naqilin müqaviməti onun materialından və həndəsi
ölçülərindən asılıdır. Naqilin
müqaviməti onun uzunluğu ilə düz, en kəsiyinin
sahəsi ilə tərs mütənasibdir:

burada -
naqilin xüsusi müqavimətidir.
olduqda ,
yə'ni uzunluğu ,
en kəsiyinin sahəsi
-ə bərabər olan naqilin müqavimətinə
xüsusi müqavimət deyilir. Xüsusi muqaviməti

düsturu ilə hesablamaq olar. BS – də -
nun vahidi
- dır.
Naqillərin müqaviməti temperaturdan asılıdır.
Metal naqilləri qızdırdıqda onların müqaviməti
artır. Müqavimətin nisbi dəyişməsi
temperaturun dəyişməsi ilə düz mətənasibdir:
,
burada -
naqilin 0°S – dəki (273 °K) müqaviməti,
– onun
– dəki müqaviməti,
- isə müqavimətin temperatur əmsalıdır.
-
yalnız naqilin materialından asılıdır,
vahidi isə -
dır. Naqilin müqavimətinin temperaturundan asılılıq
düsturu


Naqilin xüsusi müqaviməti də temperaturdan
asılıdır:

Ardıcıl birləşdirilmiş naqillərdə
cərəyan şiddəti eynidir. ;
onların uclarındakı gəlginlik isə müqavimətlə
düz mütənasibdir:

Dövrənin
ümumi gərginliyi ayrı – ayrı naqillərin
uclarındakı gərginliklərin cəminə
bərabərdir:

Ardıcıl birləşdirilmiş naqillərdən
ibarət dövrənin ümumi müqaviməti ayrı
– ayrı naqillərin müqavimətləri cəminə
bərabərdir:

olduqda
ümumi müqavimət
,
burada
– ardıcıl birləşdirilmiş naqillərin
ümumi sayıdır.
Paralel birləşdirilmiş
naqillərin uclarındakı gərginlik eynidir. ;
onlardakı cərəyan şiddəti isə müqavimətlə
tərs mütənasibdir:

Dövrədəki cərəyan şiddəti ayrı
– ayrı naqillərdəki cərəyan şiddətinin
cəminə bərabərdir:
.
Paralel birləşdirilmiş naqillərin ümumi
müqavimətinin tərs qiyməti ayrı – ayrı
naqillərin müqavimətlərinin tərs qiymətləri
cəminə bərabərdir:

.
olduqda ümumi müqavimət

burada – paralel birləşdirilmiş
naqillərin ümumi sayıdır.
Paralel birləşdirilmiş iki naqilin ümumi müqaviməti
və
ya 
Yükü
qapalı dövrə boyunca hərəkət etdirən
zaman kənar qüvvələrin gördüyü
işin həmin yükün miqdarına olan nisbətinə
mənbəyin EHQ dleyilir.

BS – də EHQ – nin vahidi voltdur, .
Kənar qüvvələrin işi

Tam dövrə üçün Om qanunu. Qapalı
dövrədəki cərəyan şiddəti mənbəyin
EHQ ilə düz, dövrənin tam müqaviməti
ilə tərs mütənasibdir:

burada – dövrənin
xarici, - isə daxili
müqavimətdir. Dövrənin xarici müqaviməti
olduqda cərəyan
şiddəti maksimum qiymətə çatır:

Həmin cərəyan qısaqapanma cərəyanı
adlanır. Mənbəyin sıxaclarındakı gərginlik

Daxili müqavimət xarici müqavimətdən
çox kiçik olduqda (
və ya
olduqda (açıq dövrə halında) mənbəyin
sıxaclarındakı gərginlik mənbəyin
EHQ – nə bərabər olur: .
Qısaqapanma zamanı isə .
Dövrə hissəsində sabit cərəyanın
işi

Sabit cərəyanın gücü

Qapalı cərəyan dövrəsində görülən
tam iş

Tam dövrədə sərf olunan güc
.
Dövrənin xarici hissəsində ayrılan gücün
tam gücə olan nisbətinə mənbəyin FİƏ
deyilir:

Coul - Lens qanunu. Naqildən elektrik cərəyanı
keçərkən onda ayrılan istilik miqdarı cərəyan
şiddətinin kvadratı, naqilin müqaviməti
və cərəyanın naqildən keçmə müddəti
ilə düz mütənasibdir:

Ardıcıl birləşdirilmiş naqillərdə
ayrılan istilik miqdarı bu naqillərin müqavimətləri
ilə düz mütənasibdir:

Paralel birləşdirilmiş naqillərdə ayrılan
istilik miqdarı naqillərin müqavimətləri
ilə tərs mütnasibdir:

Cərəyan
mənbələrini ardıcıl və paralel birləşdirmək
olar. Eyni cür
dənə cərəyan mənbəyi ardıcıl
birləşdirdikdə dövrədəki cərəyan
şiddəti

Eyni cür – dənə
cərəyan mənbəyini paralel birləşdirdikdə
isə dövrədəki cərəyan şiddəti

|